Yumor

Nə müsəlmandır, nə xaçpərəst

Günlərin bir günü Bəhlul yol ilə gedirmiş.Bir kilsənin qabağından keçəndə bir neçə nəfər Bəhlulun hazırcavablığını yoxlamaq üçün ona yaxınlaşıb soruşur:


-Bəhlul,səndən bir söz xəbər almaq istəyirik,düzünü deyərsənmi?


 Bəhlul deyir:


-Deyin görüm,sözünüz nədir?


Adamlardan birisi deyir:


 -Bəhlul,o,kilsənin başındakı xaçın üstünə həmişə bir sərçə qonub oraları murdarlayır.Biz belə qərara gəlmişik ki, sərçə müsəlmandir. Xaçpərəst olsaydı, xaçı murdarlamazdi. De, görək biz düz deyirik, ya yox?


 Bəhlul deyir:


-Siz düz demirsiniz. O sərçə nə xaçpərəstdi, nə də müsəlman.


 Həmin iki adam deyir: 


-Nə ilə sübut edərsən?


Bəhlul deyir:


- Həmin xaçın yanına bir qab çaxır qoyun, sonra deyim.


Onlar Bəhlulun dediyin edəndən sonra sərçə yenə xaçın üstünə qonur. Əvvəlcə başını qaba salıb çaxırdan doyunca icir,sonra xaçın üstünü batırır.


Bəhlul deyir:


-Gördünüz sərçə nə elədi?


-Gördük,nə olsun?


-Necə nə olsun? Əgər sərçə müsəlman olsaydı, çaxırı içməzdi. Xaçpərəst olsaydı, xaçı murdarlamazdı. Deməli, nə müsəlmandı,nə də xaçpərəst!