Bu maraqlıdır!

Qar uçqunu nə vaxt baş verir?

Hündür dağlar qış dövründə qalın qar qatı ilə örtülü olur, ancaq hər bir halda bu qar bir-birinə bərk sıxlaşmır və həmin qar topası dağılıb yamacla aşağı düşür. Hər bir hərəkət, mühərrik səsi və xizəkçinin hərəkəti böyük qar kütləsinin qopmasına və onun aşağı axmasına səbəb ola bilər. Bu qopmuş qar kütləsinə qar uçqunu deyilir, o, qabağına keçən hər şeyi özü ilə aparır. Sərt dağ yamaclarında qar uçqunu daha tez-tez baş verir.