Bu maraqlıdır!

Elektron saat nədir?

Saatlar gün ərzində vaxtı təyin etmək üçündür. Bir çox saat növləri var: günəş, qum, su, mexaniki, kvars və elektron saatlar mövcuddur. 


Elektron saatlar zamanı əqrəb və siferbiat ilə deyil, ekranda rəqəmlər ilə göstərir. Bu cür saatların mexanizmi özlüyündə bir-biri ilə birləşmiş müxtəlif elektron detallardan-diodlar, tranzistorlar və s. Bir də əlavə olaraq mayekristallı ekrandan ibarətdir. Ekranda vaxtı göstərən saat isə həftənin gününü, ayın tarixini, ayı, həmçinin  saatın yerinə yetirə biləcəyi bir çox funksiyaları, məsələn, zəngli saat, saniyəölçən və s. rəqəm şəklində ekranda göstərir.