Bu maraqlıdır!

Tez dondurma nədir?

Tez dondurma - ərzaq məhsullarının uzun müddət saxlanılması üçün hazırlanma texnologiyasıdır. ərzaqlar qısa müddət ərzində çox aşağı temperaturun təsiri altında olur. Nəticədə ərzağın içərisində olan maye bərkiyərək buz kristallarına çevrilir. Ərzağın buzu açılan zaman əks proses  baş verir: bərkimiş kristallar yumşalır və buz suya çevrilir.


Donma qısa müddət ərzində baş verdiyinə görə ərzaqların adi donması zamanı baş verən dağılma prosesindən qaçmaq olur. Ancaq bəzi məhsullar hətta dondurma zamanı öz keyfiyyətinin bir hissəsini itirir. Elə ona görə də bu cür ərzaqların donu açıldıqdan sonra tez bir zamanda istifadə etmək lazımdır və onları heç bir halda təkrar dondurmaq olmaz.