Bu maraqlıdır!

Liofilizasiya nədir?

Liofilizasiya- ərzaq məhsullarının uzun müddət saxlanılması üçün istifadə edilən bir üsuldur. O, dondurulma və susuzlaşdırılma vasitəsilə ərzağın suyunun təmizlənməsinə əsaslanır, bundan sonra ərzaq uzun müddət heç bir xüsusi şərait olmadan saxlanıla bilər. Bu qayda ilə hazırlanmış ərzaqları yaşayış az olan yerlərə edilən uzunmüddətli ekspedisiyalar zamanı özü ilə götürmək çox sərfəlidir, çünki bu üsulla hazırlanmış ərzaqlar nə aşağı, nədə yuxarı temperaturda xarab olmur.

 

Bu texnologiyadan eyni zamanda tibbdə vaksin, zərdab və plazmaların saxlanılmasında istifadə olunur.