Bu maraqlıdır!

Hansı lampalar daha az enerji istifadə edir?

Edisonun ilk elektrik lampasını ixtira etdiyi bir əsrdən bir az artıq vaxt ərzində işıqlandırma texnologiyası çox güclü dəyişib. Alimlər və ixtiraçılar bir çox müxtəlif işıq cihazları fikirləşiblər: küçə işıqları, fabriklər, məktəblər, və başqa otaqlar üçün xüsusi işıqlar, avtomobil faraları ev işıqlandırıcıları və başqa bir çox şeylər. Flüoressent və halogen işıqlandırıcıları elektrik lampalarına (onu həm də közərmə lampaları adlandırırdılar) nisbətən daha  müasirdir.

 

Flüoressent və ya neon lampası 1934-cü ildə Artur Kompton tərəfindən ixtira olunub. Baxmayaraq ki neon lampaları adi lampalara nisbətən o qədər də parlaq işıq vermir və onun işığı gözə daha az xoş gəlir, neon işıqlandırıcılar daha az enerji tələb etdiyinə görə çox geniş yayılıb. Daha sonralar tamamilə yeni tip işıqlandırıcılar-halogen lampalar ixtira olundu: onlar daha parlaqdır, daha az enerjidən istifadə edir, bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir.