Xəbərlər

“Little YARAT” proqramı çərçivəsində ustad dərsləri davam edir

YARAT Müasir İncəsənət Mərkəzində uşaqlar üçün nəzərdə tutulan “Little YARAT” proqramı çərçivəsində ustad dərsləri davam edir.

 

AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində buaykı ustad dərsləri maraqlı mövzularla zəngindir. Belə ki, iyulun 2-də Sayalı Məmmədovanın rəhbərliyi ilə “Özümü belə görürəm”, Ramina Baçarovanın rəhbərliyi “ Keramika”, 3-də Nərgiz Əsgərovanın rəhbərliyi ilə “Nano art”, 16-da Nərgiz Qəyyurun iştirakı ilə “Xəyalımdakı şəhər”, Ramina Boçarovanın iştirakı ilə “Kereamika” mövzularında ustad dərsləri keçiləcək. Həmçinin iyulun 17-də Nərgiz Əsgərovanın iştirakı ilə “Nano art”, 23-24-də Fidan Hümbətlinin iştirakı ilə “Keramika”, 30-31-də isə Günel Ravilovanın iştirakı ilə “Yayın dadı” adlı ustad dərsləri təşkil olunacaq.

 

Xatırladaq ki, qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 11:00-dan 18:30-dək aparılır.

 

Ustad dərslərində iştirak ödənişsizdir.