Görkəmli şəxsiyyətlər

Məşhur İngilis səyyahı - Ceyms Kuk

Ceyms Kuk (1728-1779) – zamanının digər səyyahlarına və dənizçilərinə məlum olmayan bir çox yerin xəritəsini tərtib etmiş, məşhur İngilis səyyahıdır. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. 


Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. O, demək olar ki, bütün materiklərə ayaq basmış ilk insandır.


Uşaqlıq və gənclik illəri


Ceyms Kukun tərcümeyi-halı macəralarla doludur. O, 1728-ci il oktyabrın 27-də (7 noyabr) Martonda anadan olub. Ailəsi sonradan oradan köçdüyünə görə 8 yaşlı Ceyms Böyük Aytonda məktəbə getmişdir. Ceyms 5 il məktəbə getdikdən sonra, atasının rəhbərlik etdiyi fermada işləməyə başlayıb. Ceymsin 18 yaşı olanda onu kömür daşıyan “Herkules” adlı gəmidə kayutçu kimi işə götürüblər. Bir neçə il sular üzərində üzəndən sonra, Ceyms kapitan rütbəsinə qədər yüksəlmiş və Kral Donanmasına qatılmişdir. 


Dənizçilik karyerası


İşlə yanaşı, Ceyms coğrafiya, astronomiya və riyaziyyat elmləri ilə dərindən maraqlanıdrdı. O, çoxlu sayda ədəbi kitab oxumuşdur. Sonradan həyatının bütün illərini səyahətə həsr etmişdir.


1755-ci ildə dənizçi kimi hərbi gəmiyə işə götürüldü. Bu zaman Fransa ilə müharibə gedirdi və gənc özünü yaxşı tərəfdən göstərə bildi. O, Müqəddəs Lourens çayının xəritəsini çəkdi, bunun sayəsində ingilislər Kvebek şəhərinə müvəffəqiyyətlə hücum edə bildilər.

Beləliklə, o, qayıqçı oldu və 1757-ci ildə kapitan vəzifəsinə təyin edildi və "Solebey" gəmisini ona etibar edildi.


Kuk, 1762-1767-ci illərdə Labrador yarımadasının, Nyufaundlend adası yaxınlığında, Şimali Amerikanın Kvebek, Sent Lourens çaylarında hidroqrafik tədqiqatlarda iştirak etmişdir.


1768-ci ildə London Kral Cəmiyyəti Sakit okeana astronomik ekspedisiya göndərmək qərarına gəldi. Uzun mübahisələrdən sonra Kral Hərbi Dəniz Qüvvələrinin leytenantı Ceyms Kuk ekspedisiyanın rəhbəri təyin edildi. Ekspedisiya səyahəti üç il davam etdi (1768-1771). Astronomik müşahidələr Taiti adasından aparılıb və uğurlu sonlandırılmışdır.


Birinci ekspedisiya (1768-1771)


Ceyms Kukun birinci ekspedisiyasının qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi və Böyük Sədd rifi kəşf edildi.


İkinci ekspedisiya (1772-1775)


İkinci ekspedisiya zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir. Bu ekspedisiya zamanı Cənub yarımkürəsinin mülayim enliklərində böyük quru sahəsinin olmadığını sübuta yetirmiş və Sakit okeanda bir sıra adanı öyrənmişdir. Həmin ilin yayında Cənub materikini tapmağa daha iki dəfə cəhd etmiş, 71º10' c.e.-nə çatmışdır.


Üçüncü ekspedisiya (1776–79)


Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 


Ölümü


İngiltərəyə qayıtdıqdan bir il sonra Kuk yenidən Amerikanın şimal-qərb sahillərinə ekspedisiyaya rəhbərlik edir. Bu ekspedisiya səyyahın həyatında sonuncu olur: belə ki, Kuk yolüstü Havay adalarını kəşf edir və orada baş verən münaqişə zamanı 1779-cu ilin 14 fevralında yerli sakinlər tərəfindən öldürülür.


Şəxsi həyatı
1762-ci ildə Ceyms Kuk Elizabet Bats ilə evli olub. Onların 6 övladı olub, lakin hamısının ömrü çox qısa sürüb.


Maraqlı faktlar


Səyahət zamanı əldə etdiyi kəşflərə əlavə olaraq, Ceyms Kuk Labrador yarımadasının sahillərinin xəritələrini yaradıb. Bu xəritələrdən hətta XX-ci əsrin əvvəllərində istifadə edilmişdir.


Sakit Okeanda yerləşən bir arxipelaq Səyyahın şərəfinə adlandırılmışdır.


«Fici adaları » adını Kuka borcludur. Əslində onlara “Fisi” deyirdilər, lakin Kuk gəmi jurnalında səhvə yol verdiyinə görəonları “Fici” kimi qələmə vermişdir. Buna baxmayaraq, Kukun səlahiyyəti o qədər böyük idi ki, adaların adı Kukun qeyd etdiyi kimə də qaldı.


Əvvəllər bütün dənizçilərin əsl bəlasına çevrilən «sinqa» xəstəliyi ilə mübarizə aparmağı ilk dəfə məhz Kuk öyrənmişdir.


Kukun sayəsində Yerdən Günəşə qədər olan məsafəni hesablamaq, daha dəqiq desək, Kukun ilk dünya səyahəti zamanı “Venera”nın astronomik müşahidələri sayəsində mümkün olmuşdur.