Şeirlər

Tofiq Mahmud. Üfüqlər

Üfüqlər gah bozarır,  
Üfüqlər gah qızarır.  
Gah gümüş kimi parlaq,  
Gah da mavi, sarı, ağ.  
Çəmən kimi min cürə  
Rəngə çalır üfüqlər.  
Belkə səhər çağından,  
Bəlkə axşam çağından, 
Bəlkə göy qurşağından  
Rənglər alır üfüqlər?!