Təbiət

Panda hamının sevimlisidir

Tibet əfsanəsinə görə, günlərin birində balaca bir qızcığaz meşədə ağ ayı görür. Onlar çox tez dostlaşır və tez-tez bir yerdə oynarlarmış. Bu balaca ağ ayı günlərin birində bəbirin hücumuna məruz qalır. Qızcığaz ayının müdafiəsinə qalxarkən həlak olur. Onun dəfninə bütün ayıcıqlar qara ayaqqabılarda və əlcəklərdə gəlirlər. Onlar pəncələri ilə göz yaşlarını silir, “əlləri” ilə başlarını tutaraq, ah–nalə edirdilər. Məhz buna görə pandaların qulaqları və gözlərinin altı qara rəngdədir. Pandalar, təbiətin qəribə varlıqlarıdır. Onlar ən nadir və az öyrənilən iri heyvanlara aiddirlər. Alimlər çoxdandır ki, pandaların sirrini açmağa.

 

Panda ayı, yoxsa yenot növünə aiddir?

 

Bu heyvanların dərisində aparılan tədqiqatlardan sonra sübut olunmuşdur ki, pandalar ayıdırlar. Ona görə də, pandanı  “bambuk ayısı” adlandırırlar. “Panda” sözü yerli “nyala poncha” sözündən əmələ gəlmişdir, bambuk gəmirən mənasını verir. Panda bambuk budaqlarını  yoğun pəncələri ilə tutaraq yeyir. Pandaların altıncı barmağı da var, odur ki, onlar nazik budaqları da möhkəm saxlaya bilirlər. Panda, adətən bambuk tumurcuqları ilə qidalanır.

Pandalar Ginnesin Rekordlar Kitabına “ən nadir cəlbedici heyvanlar kimi” düşüblər. Vəhşi təbiətdə yalnız 1600 panda qalmışdır. Çində panda milli sərvət elan edilib. Ləng tərpənən gombul “Panda Po” obrazı şərlə mübarizəni əks etdirən “Kunq Fu Panda” Çin cizgi filminin əsas qəhrəmanıdır.