Odlar Yurdu

Azərbaycanın ən hündür şəlaləsi

Azərbaycanın ən hündür şəlaləsi hündürlüyü 96 metr olan Mucuq şəlaləsidir. Bu şəlalə Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. O, Dəmiraparançayının solunda, 1700 metr hündürlükdədir. 

 

Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir.

Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 metr) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.