Bu maraqlıdır!

Rəqəm nədir?

Rəqəm-müəyyən miqdarın göstəricisidir. Min illərlə insanlar rəqəmləri izah etmək üçün əl barmaqlarından istifadə ediblər. Onlar bir əşyanı bir barmaqla, üç əşyanı üç barmaqla göstəriblər.


Bir əl vasitəsilə onlar beş vahidə qədər göstərə bilirdilər. Daha çox miqdarı göstərmək üçün onlar hər iki əllərindən, bəzi hallarda isə əlavə olaraq ayaqlarından da istifadə edirdilər.


Məsələn, “altı” demək üçün onlar bir əlini və o biri əlin bir barmağını, “on” demək üçün hər iki əllərini, “iyirmi” demək üçün isə onlar hər iki əlini və iki ayaqlarını göstərirdilər.

 

Hazırkı dövrdə cəmiyyətdə daimi rəqəmlərdən istifadə edilir. Biz saatı göstərərkən, alıb və satarkən, zəng edərkən, televizora baxarkən, avtomobil sürərkən rəqəmlərdən istifadə edirik. Bundan başqa, hər bir kəsin şəxsiyyət vəsiqəsində, pasportunda, bank hesabında, kredit kartında və s. özünəməxsus tanınma (identifikasiya) nömrəsi var.


Ən əsası isə indi kompüter aləmində bütün məlumatlar rəqəmli kodlar vasitəsilə ötürülür.


Biz rəqəmlərlə hər addımda rastlaşırıq və buna o qədər öyrəşmişik ki, onların bizim həyatımızda hansı əhəmiyyət kəsb etdiyini anlamırıq.


Rəqəmlər insan düşüncəsinin bir hissəsidir. Hər bir xalq öz tarixi boyu müxtəlif formalarda rəqəmləri yazıb, sayıb və hesablayıb.