Bu maraqlıdır!

Dünyanın ən böyük duzlu bataqlığı

Uyuni (ispan. Salar de Uyuni ) – Boliviyada, Altiplano səhra düzənliyinin cənubunda, dəniz səviyyəsindən təqribən 3650 metr yüksəklikdə yerləşən duzlu bataqlıq, qurumuş duz gölüdür. Sahəsi 10,582 kvadrat kilometr və dünyanın ən böyük duzlu bataqlığıdır. Ölkənin cənub-qərbində Oruro və Potosi departamentlərində Uyuni şəhərinin yaxınlığında yerləşir. Əsas minerallar halit və gipsdir.

 

Daxili hissəsi 2-8 metr qalınlığında adi duz təbəqəsi ilə örtülür. Yağışlı mövsümdə şoranlıq nazik su təbəqəsi ilə örtülür və dünyanın ən böyük güzgü səthinə çevrilir. Quruduqda altıbucaqlı qabıqlarla örtülür. Onun iki görkəmli adası var: İncahuasi və Peskado.