Bu maraqlıdır!

Heyvanların saxlanması

Heyvanların saxlanma formaları keçmişdə daha çox təsərrüfat və əmək iqtisadiyyatı nöqteyinəzərdən optimallaşdırılırdı. İstehsal şərtlərinin standartlaşdırılması yalnız quşçuluq sahəsində inkişaf etmişdi. Nəticədə saxlanma formaları və onların genişləndirilməsi üçün dəqiq məlumatlar əldə etmək mümkün idi.


Yumurtalıq toyuqların 80 %-i qəfəslərdə, demək olar ki, ətlik istiqamətdə toyuqların hamısı isə intensiv şəkildə torpaqla təmasda saxlanılırdı. Xüsusilə son illərdə Almaniyada quşların qəfəsdə saxlanması qadağası ilə əlaqədar olaraq, təsərrüfatlarda qəfəsdə saxlanılan yumurtalıq toyuqların həcmi getdikcə azalır.


Südlük heyvandarlıq sahəsində böyük həcmdə saxlanma qrupları (40 başdan çox) və sağımda avtomatlaşdırmanın artması heyvanların hərəkət etməsi üçün daha böyük sahənin yaradılmasına imkan verir.


Bunun əksinə olaraq, daha çox kiçik kəndli-fermer təsərrüfatlarında heyvanların sabit və bağlanılaraq saxlanılmasına rast gəlinir. Bu heyvanlar ilin demək olar ki, yarısını sabit yerdə bağlanmış şəkildə keçirir.

 

Südlük inəklər
Bütün saxlanma formalarının hazırlanmasında südlük inəklərin saxlanma tələblərinin ödənilməsinə, yem qəbulu, heyvanın yatması, peyinin təmizlənməsi və hərəkəti nəzərə alınmalıdır. Heyvanın bir yerə sabit bağlanması ilə saxlanma formasında heyvanın cinsinə məxsus qulluq formasına çox diqqət yetirilməlidir, bu, o deməkdir ki, bütün qulluq üsulları sabit bir yerdə aparılmalıdır. Xüsusilə heyvanların hərəkəti və özlərini rahat hiss etmələri təmin edilməlidir. Bağlı şəkildə saxlanma zamanı məhsuldarlıq və balavermə baxımından heyvanlar az hərəkət edir. Ona görə də bu tipli tövlələrin hazırlanmasında heyvanların hərəkət sahəsinə, ayağa qalxma və həmçinin uzanma sahəsinə, heyvanın çəkisindən asılı olaraq yem xəttinin ölçüsünə və formasına xüsusi diqqət ayrılmalıdır.

 

Sərbəst hərəkət etmə sahəsi yemləmə, yatma, sağım və peyinin təmizlənmə sahəsində fermerlərin fəaliyyətinə və inəklərə yaxınlaşmalarına imkan yaradır.

 

Toyuqlar
Ətlik toyuqlar torpaqla təmasda saxlanılır, daha doğrusu, onlara daha çox hərəkət sərbəstliyi verilir. Lakin yumurtalıq toyuqlar, əsasən qəfəslərdə, yerləşdirilir. Qəfəsdə saxlama yüksək gigiyena standartına zəmanət verir və yüksək məhsuldarlıq səviyyəsi ilə əlaqəlidir. Heyvanlara qulluq nöqteyinəzərindən qəfəs heyvanların torpaqda hərəkəti, tarımda durması, qumda çevrilməsi və yuva qurması kimi bir neçə sadə davranış üsullarını məhdudlaşdırır. Müasir quş qəfəsləri dəyişdirilərək orada yuxarıda göstərilən şərait təmin edilir.


Ümumi nəticə etibarilə heyvanların saxlanma formalarının normativlərinə görə, qapalı şəkildə qəfəsdə saxlanma üsulları heyvanların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirlir. Lakin alternativ saxlanma sistemlərində qəfəs üsulunda saxlanma ilə müqayisədə hələ də ölmə faizinin yüksək olması müşahidə edilir.

 

Qoyunlar
Təbii bitki örtüyündən faydalanması baxımından qoyunlar qış mövsümünə qədər örüşdə saxlanılır. Qoyun sürüləri köç şəklində zəngin bitki örtüyü olan yerlərdə otarılır. Qışda qoyunların tövlədə səmərəli saxlanması üçün böyük həcmli, havalanma şəraiti yaxşı olan və döşəməsi quru samanla, yaxud kəpəklə örtülü tövlə yerləri məqsədəuyğun hesab edilir. Qoyunlar açıq şəkildə saxlanma üsuluna daha çox uyğunlaşmışdır. Ona görə onları heç vaxt qapalı şəkildə saxlamaq məsləhət deyil. Zəif qulluq olduqda qoyunlarda daha çox problemlər yaranır. Axsaq, halsız olan heyvanlar ayrılıb, sürünün sonunda gətirilir. Dırnaqlarda infeksiyalar və arıqlıq xəstəliklərə və yayda istiyə dözümsüzlüyə gətirib çıxarır. Bitki örtüyü çox zəif olan örüşlərdə yem çatışmazlığı da qoyunlara mənfi təsir edən amillərdən hesab edilir. Belə vəziyyət heyvanın tamamilə haldan düşməsinə və getdikcə daha da zəifləməsinə şərait yaradır.