Bu maraqlıdır!

Asteroidlər haqqında 18 maraqlı fakt

1.Alimlərin fərziyyəsinə görə, 66 milyon il əvvəl (son Təbaşir dövrünə aiddir) nəhəng asteroidin yerə düşməsi - dinozavrların kökünün qəfil kəsilməsinin səbəb olmuşdur. Bu toqquşma nəticəsində Meksikanın Yukatan yarmadasında “Çikxulub krateri” əmələ gəlmişdir.


2. Bəzi kifayət qədər böyük asteroidlərin, planetlərdə olduğu kimi, öz peykləri var. Məsələn, İda asteroidi və onun peyki Daktil.


3. Günəş sisteminin xarici və daxili planetləri asteroid qurşağı ilə ayrılır. Asteroid qurşağı — Mars və Yupiter planetləri arasında yerləşən, Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi bölgədir. Bəzi fərziyyələrə görə parçalanmış qədim planet Faetonun qalığıdır. Qurşaqda yerləşən asteroidlərin ən iriləri Serera, Pallada, Vesta və Yunonadır.


4. Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur.


5. Tarixdə ilk dəfə olaraq 2001-ci ildə pilotsuz kosmik gəmi asteroidə uğurla eniş etmişdir.


6. Bütün məlum asteroidlərin forması qeyri-müntəzəmdir və həmçinin atmosferi yoxdur.


7. Halqalı asteroid “Xariklo” Saturn və Uran arasında dövr edir və iki buz halqasına malikdir.


8. Asteroid, meteor və meteorit eyni səma cismidir. Meteor - Yer atmosferinə daxil olan asteroiddir. Səthə çatarsa, meteorit sayılır.


9. Asteroidlərin əksəriyyətinin xüsusi adları yoxdur.


10. Yer üzündə həyat üçün həqiqətən ölümcül təhlükə - diametri 10 kilometr olan asteroidlər sayılır. Hazırda bu ölçülü bütün məlum asteroidlərin orbitləri Yerin orbiti ilə kəsişmir.


11. Asteroidlərin çoxu metal və ya daşdan ibarətdir.


12. Hazırda müxtəlif asteroidlərdən mədən çıxarılması üzrə xüsusi proqramları hazırlanır.


13. Asteroidlərin xüsusi orbiti üzrə hərəkət edir. Yerin orbitinə nisbi yaxınlıqda 700 yaxın asteroidin orbitləri yerləşir. 


14. “Asteroid” sözü qədim yunan dilində "ulduza bənzər" və ya “kiçik planet” deməkdir.


15. Mars və Yupiter orbitləri arasında yerləşən qurşaqdan gələn bütün asteroidlərin ümumi kütləsi Ayın kütləsinin təxminən 4 faizini təşkil edir.


16. Asteroid qurşağının ümumi kütləsinin yarıdan çoxu dörd asteroidin - Pallad, Serer, Hygeya və Vestanın payına düşür.


17. Müntəzəm sferik formaya və təxminən 1000 kilometr diametrə malik olan Serer asteroidi - Plutona bənzər “cırtdan planet” kimi təsnif edilir. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra, Sereraya cırtdan planet statusu verilmişdir.


18. 30 iyun - Beynəlxalq Asteroid Günüdür.