Təbiət

Purnululu Milli Parkı - Zolaqlı Qayalar

Təbiətin nadir abidəsi sayılan «Purnululu» dağ silsiləsi (Bungle Bungle) Avstraliya İttifaqında yerləşən milli parkdır. Yaşı təxminən 350 milyon ildir. Lakin bu heyrətamiz landşaft, yaşayış məntəqələrindən çox uzaqda yerləşdiyinə görə, yalnız 1983-cü ildə aşkar edilib.


Avstraliya sakinlərinin (aborigenlərin) dilindən tərcümədə milli parkın adı "Qumdaşı" deməkdir. 


İsti və quraq səhrada yerləşən Purnululu 239 723 hektar ərazini əhatə edən Kimberli yaylasında yerləşir. Parkın landşaftı çox müxtəlifdir və bir neçə ekosistemi təmsil edir. 


Purnululu Milli Parkının əsas cazibəsi, ölçüləri heyranedici olan, böyük arı pətəklərinə bənzəyən çoxrəngli və zolaqlı Bungle Bungle qayalarıdır. Bu qayalar 240.000 hektar ərazini əhatə edir. Bu təpəciklərin ən gözə dəyən xüsusiyyəti - içlərindən keçən narıncı və boz rəngli lentlərdir. Qeyri-adi rəngli konusvari formaya malik qayalar 20 milyon il əvvəl formalaşmağa başlamışlar. Bu fərqli rənglərin səbəbi qayaların fərqli gil təbəqələrinin yığılmasıyla meydana gəlməsidir. Narıncı rəngdəki laylar oksidləşmiş dəmirin nəticəsidir, boz laylar isə gildəki nəm nisbətinin artması ilə burada inkişaf edən mavi-yaşıl bakteriyalar olan Kianobakteriyaların gilə qarışmasından meydana gəlmişdir.


Purnululu Milli Parkı Mərkəzi Avstraliyanın quraq səhra iqlimi ilə Şimali Avstraliyanın musson savanna iqlimi arasındakı zonada yerləşir. Məhz buna görə parka səyahət edənlər iki tamamilə əks ekosistemə aid olan heyvan və bitkilərlə tanış olmaq ehtimalı var.

Tropik meşələrin ətrafında səhra əraziləri geniş yayılmışdır. Parkda 653 bitki növü qeydə alınıb, onlardan 13-ü reliktdir. Parkın faunası da müxtəlifdir: burada 41 növ məməli heyvan, 149 növ quş, 81 növ sürünən, 12 növ amfibiya və 15 növ balıq növü qeydə alınmışdır.


Purnululu Milli Parkı böyük tarixi dəyərə malikdir. Orada iki yüzdən çox qayaüstü rəsm, eləcə də qədim insan dəfnləri aşkar edilmişdir. Maraqlıdır ki, qoruqda yerli mədəni ənənələri qoruyan bir neçə Avstraliya qəbilə kabinetləri yerləşir.


Park 2003-cü ildə YUNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilib.


Dağ silsiləsi, 1982-ci ildə təyyarə ilə ərazinin üzərindən uçarkən bir qrup kinorejissor tərəfindən təsadüfən aşkar olunub.