Təbiət

Braziliyanın “Kəllə qənd” dağı - Pan di Asukar

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən, hündürlüyü 396 m olan bu dağı yerlilər “Pan di Asukar”, yəni “Kəllə qənd” və ya “Şəkər çörəyi” adlandırırlar. Rio-de-Janeyroda tursitlərin ən çox baş çəkdiyi görməli yerlərdən biridir.


Pan di Asukar olduqca kiçik dağdır, hündürlüyü cəmi 369 metrdir, lakin bu, onun şəhərin və ətrafın gözəl mənzərəsini təqdim edən möhtəşəm “müşahidə göyərtəsi” olmasına mane olmur. Dağın zirvəsindən dəniz və qızıl qumların heyrətamiz mənzərəsi, şəhərin gecə panoraması və məşhur Məsih heykəlini seyr etmək olduqca möhtəşəmdir.


Dağın adı ilə bağlı bir çox versiya mövcuddur. İlk dəfə 1565-ci ildə “Kəllə qənd” dağının ətəyində portuqallar məskunlaşıb və dağa bu adı veriblər. Hazırda adın mənşəyi ilə bağlı bir çox versiya var: kimsə dağın Quanabara körfəzinin sularında əriyən şəkər diliminə çox bənzədiyini düşünürək adlandırıldığını, digəri isə dağın, daha çox xalq arasında "şəkər çörəyi" (kuliç) adlanan Pasxa şirnisinə oxşadığına görə bu adı aldığını düşünür. Bəziləri isə düşünür ki, portuqalların yerli sakinlərdən eşitdiyi "Körfəzin keşikçisi" və ya "Həyrəng təpə" mənasını verən sözbirləşməsinin qısaldılmış versiyasıdır. Bir vaxtlar burada şəkər qamışının bitdiyini də xatırlayırlar. 


Pan di Asukar dağı maqmatik süxurların aşınması nəticəsində heyrətamiz formasını almışdır. Torpağın xüsusi tərkibinə görə yamaclarda bitki örtüyü demək olar ki, yoxdur. İlk olraq XVI-cı əsrin ortalarında Braziliya sakinləri Pan di Asukar dağının ətəyində məskunlaşmış, daha sonradan Rio-de-Janeyro şəhəri kiçik bir qəsəbədən böyük meqapolisə çevrilmişdir.


1817-ci ildə ingilis tibb bacısı Henrietta Karsteyrs Pan di Asukar dağının zirvəsinə Britaniya İmperiyasının bayrağını sancan ilk alpinistir. Yalnız XX əsrin əvvəllərində, yəni 1903-cü ildə Braziliya hökuməti dağın zirvəsinə kanat yolu tikmək qərarına gəldi, bunun sayəsində bu gün hər kəs rahat funikulyorda zirvədəki müşahidə göyərtəsinə çıxa bilər. 


Maraqlı faktlar


“Kəllə qənd” dağının simvolu, 28-ci Dünya Gənclər Günü üçün müəlliflər tərəfindən loqo kimi istifadə edilmişdir.


Dağda bir neçə bahalı restoran var. 


Noyabrın ortalarından fevral ayına qədər hər həftə sonu Pan di Asukar ölkənin ən məşhur sənətçilərinin iştirakı ilə Carioca Nights festivalına ev sahibliyi edir.