Təbiət

Kanadanın Banff Milli Parkındakı gözəl məkan - Peyto gölü

Britaniya Kolumbiyası ilə ortaq sərhəddə yerləşən Banff Milli Parkındakı Peyto gölü Kanada dağlarının buzlaqları ilə qidalanır.

 

Banff Milli Parkındakı bir çox digər buzlaqlarla qidalanan göllər kimi Peyto gölü də yay aylarında parlaq mavi olur. Parlaq rənginə və gözəlliyinə görə Peyto gölü turistlər üçün məşhur görməli yerlərdəndir.

 

Qeyd edək ki, bu gölün əsrarəngiz gözəlliyi və qeyri-adi parlaq mavi çalarda olan rəngi turistləri özünə cəlb edir.