Bu maraqlıdır!

Qədim tibb necə olub?

Son onillikdə tibb çox sürətlə inkişaf edib: bir çox xəstəliklərin yaranma səbəbi müəyyən edilib və onların müalicə üsullarını fikirləşib tapıblar, həmçinin əczaçılıq sahəsində, yəni dərmanların hazırlanmasında çox böyük müvəffəqiyyətlər qazanılıb. 


Ancaq qədim dövrlərdə də, bəşəriyyət tarixi böyunca müxtəlif mədəniyyətlərdə yaşamış insanlar öz biliklərini artıraraq cürbəcür xəstəliklərin müalicə edilməsi üsullarını təkmilləşdiriblər. 


İlk növbədə, bütün qədim cəmiyyətlərdə bitkilərdən və başqa təbii komponentlərdən ibarət dərmanlardan istifadə edirdilər. Əsasən, insanların bitkilərin xüsusiyyətlərini bilmələri və ondan istifadə etmə bacarığı qədim dövrlərdə xəstələri müalicə etməyə və onların ağrılarını yüngülləşdirməyə kömək edirdi. 


Bundan başqa, qədim Mesopotomiyada insanlar təəxminən 4 min il bundan əvvəl cərahiyyə əməliyyatı etməyi bacarırdılar. Bu cür bacarığa qədim misirlilər də malik idi, həmin dövrdə onlar kəllə sümüyünün qismən açılması olan trepanasiya kimi çətin əməliyyatları edirdilər. Hindistanda bizim eradan 1000 il əvvəl şişlərin götürülməsinin üsullarını bilir, daxili orqanların infeksiyasının müalicəsi və sümük sınıqlarının müalicəsini bacarır, hətta qadının sağlamlığına təhlükə yaranarsa, doğuşu tezləşdirə bilirdilər. Çində eramızdan əvvəl VIII əsrdə akupunktura və ya iynəbatırma-insanları bədəninin müəyyən nöqtələrinə iynə batırmaqla müalicə etmə üsulundan istifadə edirdilər. İndi bu üsuldan dünyanın bir çox ölkələrində istifadə olunur.