Yumor

Molla və şəhərin hakimi

Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. Ağacdan bir neçə alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir:

 

– Molla, birdən-birə dişim də başladı ağrımağa, qulağım da… Daha mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapıb dişimi çəkdirdim. İndi onun ağrısı qurtarıb. Amma bu zəhrimar qulağım elə ağrıyır ki, ağrıyır. Bir həkim də tapılaydı ki…

 

Molla tez onun sözünü kəsib deyir:

 

– Hə… hə… Bircə halal süd əmmiş adam tapılıb sənin o qulağını da çəksəydi… Sən də rahatlanardın, camaat da.