Bu maraqlıdır!

Dünyanın ən çox səhifəli kitabı nəşr olunub

Dünyanın ən çox səhifəli kitabı "One Piece" (“Bir Parça”) bir cilddə nəşr olunub.

 

Naşir İlan Manouaş 21 min 450 səhifəlik əsərə kitab kimi deyil, “heykəltəraşlıq materialı” kimi yanaşdığını bildirib. Kitabın müəllifi Eiiçiro Odadır.

 

Qeyd edək ki, 50 nüsxə ilə buraxılan məhdud tirajlı kitabın satışı bitib. Sentyabrın 7-də satışa buraxıldıqdan bir neçə gün sonra kitabın bütün nüsxələri satılıb. Kitabın müəllifi – 47 yaşlı Eiiçiro Odanın sərvəti təqribən 200 milyon dollardır.