Bu maraqlıdır!

Təbii dərmanlar nədir?

Təbii dərmanlar və ya sadəcə dərmanlar insanların xəstəlik və zədələrini müalicə etmək üçün istifadə etdikləri maddələrdir. Bəzi dərmanlar təbii bitki və heyvan mənşəli komponentdən ibarətdir, ancaq onların əksəriyyəti mineral və süni kimyəvi məhsullardan hazırlanır. 


Minlərlə müxtəlif dərmanlar var. Onlar iki cür olur: profilaktik və müalicəvi. Profilaktik dərmanlar, məsələn, vaksinlər bizim orqanizmimizi hər hansı xəstəlikdən qorumaq üçün istifadə edilir. Müalicə dərmanları isə insan xəstələndikdən sonra onun müalicə eidlməsi və orqanizminin normal iş vəziyyətinin bərpa edilməsi üçün istifadə edilir. 


Dərmanlar orqanizmə təsir göstərir və həmin təsirlərin ziyanı olmaması üçün dərmanları ancaq həkimlərin təyin etməsi lazımdır. Eyni zamanda ayrı-ayrı insanların orqanizminə müxtəlif cür təsir göstərər bilir. Bəzi adamların dərmanın içərisindəki müəyyən maddələrə qarşı allergiyası olur, bundan başqa, bəzi dərmanları eyni vaxtda və ya müəyyən məhsullarla birgə qəbul etmək olmaz. Ona görə də dərman qəbul edərkən həkim göstərişinə ciddi riayət edilməli və dərmanın dozasının göstərilən normasından artıq istifadə edilməməlidir.