Bu maraqlıdır!

Dünyanın ağıllı adamlarından biri-Kristofer Langan

Kristofer Langan. Bəlkə də bu ad hər kəsə tanış gələ bilər. IQ testlərində ən yüksək nəticələrdən birini toplamış Kristofer bəzilərinə görə dünyanın ən ağıllı adamı hesab edilir. Onun topladığı IQ balı 195-210 aralığında idi.

 

Müqayisə üçün demək olar ki, Albert Eynşteynin IQ balı təxminən 160 hesablanmışdı.

 

Kris, məktəbi bitirdikdən sonra iki universitetdən təqaüd qazandı. O, riyaziyyat, fizika və fəlsəfə ilə dərindən maraqlanırdı. Müəyyən müddətdən sonra təqaüdün uzadılması üçün onun anası yeni bir forum doldurmalı idi. Ancaq anası formu doldurmağı unutduğuna görə Kris təqaüdü qazana bilmədi.

 

Bir müddət sonra Kris yenidən təqaüd qazanmaq və universitetdə işləmək şansı qazandı. O, riyaziyyatı çox sevirdi və hesablamalarla bağlı öz nəzəriyyələri var idi. O, otağa daxil oldu. Otaqda iki nəfər var idi: Kris və professor. Onlar söhbət etməyə başladılar, lakin bu danışıqlar uğursuz oldu. Çünki Kris öz ideyalarını professora izah edə bilmədi. Beləliklə, professor Krisin riyaziyyat sahəsi üzrə kifayət qədər yaxşı olduğunu öyrənə bilmədi. Burada isə "praktiki zəka (practical intelligence)" məsələsi ortaya çıxır.

 

Praktiki zəka, istənilən nəticəni əldə etmək üçün nəyi, kimə, necə və nə zaman deyəcəyimizi bilməmizə kömək olan zəka formasıdır. Bu zəkanın formalaşması insanların ətrafından və onların uşaqlıq illərində necə böyüdülmələrindən asılıdır. Yəqin ki, Kris nəyi, necə dəmək lazım olduğunu bilsəydi, o artıq universitetdə müəllim işləyərdi. Düzdür, sonralar Harvard universitetinə qəbul olmuş və orada işləmişdi. Lakin bir şey həqiqət olaraq qalır ki, Krisin praktiki zəkası o qədər də inkişaf etməmişdi. Bu isə onun böyüdüyü mühit və ailəsi ilə bağlı idi.

 

Kris, hazırda Missuri ştatında bir fermada yaşayır və at saxlamaqla məşğuldur. Krisn həyat hekǝyəsini oxuduqca Dostoyevskinin insan zəkası və onun verdiyi qərar haqqında yazdığı bir cümlə yadımıza düşür. Qeyd edək ki, praktiki zəka ilə bağlı ilk araşdırmalar 1985-ci ildə üzə çıxmışdı. Yazıçı isə 1866-cı ildə "Cinayət və cəza" əsərində belə yazırdı: “İnsan - ağıllı varlıqdır. Ancaq doğru addım atmaq üçün təkcə ağıllı olmaq kifayət etmir”.