Bu maraqlıdır!

Cizgi filmlərini necə hazırlayırlar?

Animasiya filmləri və ya cizgi filmlərinin yaradılması rəssamların, rejissorların və operatorların birgə iştirak etdiyi çox uzun prosesdir. Onların biliyi və bacarığı nəticəsində əl ilə çəkilmiş şəkillər canlanır, danışmağa və hərəkət etməyə başlayır. Bu, səliqəlilik və səbir tələb edən çox  ağır işdir.


Cizgi filminin hər saniyəsinə 24 müxtəlif şəkil düşür. Hər bir şəkil əvvəlkindən bir qədər fərqlənir və onu şəffaf kağız üzərində çəkirlər ki, şəkilləri üst-üstə qoyduqda əvvəlkindən fərqləndirmək mümkün olsun. 


Filmin çəkilişi zamanı həmin şəkillər bir-birinin ardınca böyük sürətlə hərəkət etdirilir, ona görə də eyni ilə kinofilmlərdəki kadrlar kimi hərəkət təsəvvürü yaranır.


Bütün dünyanın tanıdığı ən məşhur cizgi filmləri qəhrəmanları XX əsrin 30-cu illərində Amerikada yaradılmışdır, bunlar Mikki-Maus, Pluto adlı it, Bembi adlı ceyran balası və bir çox başqalarıdır.