Xəbərlər

Uşaq-Gənclər İnkişaf Mərkəzində tədbir: Hər birimiz bir çiçək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Hər birimiz bir çiçək” adlı tədbir keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanmış musiqi nömrələri, şeir kompozisiyaları və səhnəciklər nümayiş edilib.

 

Tədbir uşaqlara dostluq, həmrəylik və Vətənə sevgi hissləri aşılamaq, onların istedad və bacarıqlarını aşkara çıxarmaq məqsədilə təşkil olunub.

 

Sonda iştirakçılara sertifikatlar verilib.