Bu maraqlıdır!

Gələcəkdə tibb çox dəyişəcəkmi?

Müasir təbabətin bir çox uğurları var: peyvənd və antibiotiklərdən istifadə edilməsi, mürəkkəb cərrahiyyə əməliyyatları, daxili orqanların dəyişdirilməsi...


Ancaq tədqiqatçılar və alimlər hər dəfə yeni tibbi texnologiyalar hazırlayır və həyata keçirirlər.


“Mikrobiologiya” adlı elm insan orqanizmindəki hüceyrələri və genləri öyrənir. Bunun köməyilə biz irsi xəstəliklərlə mübarizə apara bilirik. 


Kompüter texnologiyasının inkişafı elə kiçik videokameralar yaratmağa imkan verir ki, onları zond və ya katetlər vasitə ilə orqanizmə daxil etmək olur, onların köməyi ilə ekranda daxili orqanların şəklini alırıq. Bundan başqa, indi cərrahlar zond vasitəsilə orqanizmə daxil edilmiş və kompüterlə idarə edilən kiçik alətlər vasitəsilə əməliyyatlar edə bilirlər, bu cür əməliyyatlar xəstələr üçün daha təhlükəsizdir və hətta məsafədən yerinə yetirilə bilir.


Xüsusi laboratoriyalarda süni yaradılmış şəraitlərdə, məsələn, çəkisizlik şəraitində xəstələrin müalicə edilməsi üzrə təcrübələr aparılır. 


Beləliklə, tibb çox böyük sürətlə inkişaf edir. İnsanların həyatının uzadılması, xəstəliklərlə mübarizə və insanların əhval və sağlamlıqlarının qorunması - bu, alimlər və həkimlər qarşısında duran əsas məqsəddir.