Şeirlər

Ələmdar Quluzadə. Qara qələmi yoxdur

Bu qırmızı qələmin
Düşmüşəm tələsinə.

Yenə anamın gözü
Çıxıbdır kəlləsinə.

 

Yenə gözümün yaşı
Axıb gedir sel kimi.
- Nə vaxtacan dəftərin
Qızaracaq gül kimi?

 

- Uşaqların çoxundan
Mənə hörməti çoxdur.
Amma müəllimənin
Qara qələmi yoxdur.