Təbiət

İlk bitkilər harda məskunlaşıblar?

Planetimizdə ilk bitki orqanizmləri suda yaşayıblar, ancaq əvvəllər atmosfer və torpaq həyat üçün yararsız olub. Onlar təkhüceyrəli orqanizmlər idi-bir hüceyrədən ibarət idi və mikroskopik dərəcədə kiçik idilər. yerkürəsinin atmosferində ozon əmələ gəldikdən sonra həyat üçün şərait yaxşılaşdı və təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli orqanizmlər inkişaf etməyə başladı, sonda onlar sudan çıxaraq quruya uyğunlaşmağa başladılar-bu təxminən 750  milyon il bundan qabaq baş verib.

 

İlk bitkilər nə vaxt yaranıb?

İlk canlı orqanizmlər bitkilər olmayıb-onların sellülozdan ibarət qabığı olmayıb. Qidalandırıcı maddələrin çatışmamasına görə onların bəziləri günəş enerjisi ilə qidalanmağı öyrəndilər. Bu, fotosintezdən istifadə edən ilk canlı varlıqlar, yəni ilk bitkilər idi. Alimlər təsdiq edir ki, bu, ilk canlı orqanizmlərin yaranmasından 300 milyon il sonra baş verib.