Təbiət

Mamır harda bitir?

Mamır hündürlüyü 10 mm-dən 10 sm-ə qədər olan kiçik xüsusi bitki növüdür. Mamır rütubətin çox olduğu hər bir yerdə: ağacların gövdəsində, budaqların üzərində, divarlarda və torpaqda bitə bilər. Mamır çiçəkləmir, onun qanadları və kökü yoxdur. O, suyu havadan öz kiçik yarpaqları vasitəsilə udur. Quru havada mamırın yarpaqları quruyur, adama elə gəlir ki, bitki artıq ölüb, ancaq yağış yağan kimi mamır yenidən canlanır, yaşıl və yumşaq olur.