Təbiət

Plankton nədir?

Plankton dəniz, çay və göllərdə yaşayan çoxlu kiçik bitki və canlı orqanizmlərdir. Əgər plankton ancaq bitkilərdən ibarətdirsə, onları fitoplankton, əgər canlı orqanizmlərdən ibarətdirsə zooplankton adlandırırlar.


Fitoplanktonlar Yer kürəsində həyatın varlığı üçün çox vacibdir: bu kiçik yosunlar planetdə fotosintezin çox böyük hissəsini yerinə yetirir, məhz fotosintez nəticəsində canlı varlıqların nəfəs aldığı oksigen ayrılaraq atmosferə qarışır.


Bundan başqa, fitoplanktonların tərkibində çoxlu qidalı maddələr var, onlar tərkibində xlorofil olmayan və günəş enerjisi ilə qidalana bilməyən su orqanizləri, həmçinin bir çox balıqlar və hətta balinalar üçün yemdir.