Görkəmli şəxsiyyətlər

Əhməd Rəcəbli

Əhməd Cabbar oğlu Rəcəbli 1898-ci ildə İrəvanda doğulmuşdur. 1923-cü ildə İtaliyada Ali Eksperimental Aqrar Kral İnstitutunu bitirmişdir. Seleksiyaçı genetik alim, professor, Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki olmuşdur. Rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilmişdir.


Əhməd Rəcəbli 1924-1930-cu illərdə genetika elminin yaradılması ilə məşğul olmuş, 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuşdur. 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 8 il Kolımada sürgündə olmuş, burada istilik təsərrüfatı yaradaraq tərəvəz yetişdirmiş və yeni sortlar almışdır. 1945-ci ildə Ə. Rəcəbli respublikaya qayıtmış, müəllimlik və elmlə məşğul olmuşdur. 1950-ci ildə təkrarən repressiya olunaraq Qazaxıstana sürgün olunmuşdur. Stalinin ölümündən sonra bəraət alaraq Vətənə qayıdıb elmlə məşğul olmuşdur. O, yüzdən artıq elmi işin, 24 monoqrafiyanın müəllifidir. “Azərbaycanda məhsuldarlıq” kitabı iki dəfə nəşr olunmuşdur. Ə. Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qozmənşəli meyvələrin yeni sortları əldə edilmişdir.


Əhməd Cabbar oğlu Rəcəbli 1963-cü ildə Moskvada vəfat etmiş, Bakıda dəfn edilmişdir.