Bu maraqlıdır!

Qurutma maşını nədir?

Qurutma maşını yuyulmuş və yaş paltarları qurutmaq üçün maşındır. Qurutma maşını bir neçə kiloqram paltarı tez bir zamanda quruda bilər. Bu, qurutma maşınının içərisində isti hava axını yaradan və elektrik mühərriki ilə işləyən turbinin hesabınadır. 


Qurutma maşınları iki cür olur: bəziləri şkaf şəklində hazırlanıb və paltarı qurutmaq üçün içərisinə asmaq olar, digərlərində isə paltar plataryuyan maşınlarda olan kimi fırlanan maşınlarda fırlanaraq quruyur. Hazırda qurutma maşını ilə bir yerdə olan paltaryuyan maşınlar var.