Atalar sözləri

Laqqırtı vurmaq

Boş, mənasız, predmetsiz və uzun-uzadı söhbət etmək, deyib-gülmək, vaxt keçirmək üçün nədənsə danışmaq


İfadənin təqlidi səslər çıxaran qədim musiqi alətlərinin adından qaynaqlandığı ehtimal edilir. Bir çox tәdqiqatçı-alimlər belə güman edirlər ki, «laqqırtı» sözü әvvәlcә sәsi (təqlid) vә bu sәsi çıxaran predmeti, sonralar isә metaforik şәkildә işlәnmәklә nitqi müşayiәt edәn sәsi vә nәhayәt, sözün özünü bildirmişdir.

 

Prof. Musa Adilova görə, «laqqırtı» sözü «laqquti» adlanan musiqi aləti ilə bağlıdır. Azәrbaycan xalq mahnılarını vә oyun havalarını tәdqiq edәn Ә.İsazadә və N.Mәmmәdov yazırlar ki, Azərbaycanın cənub bölgələrində yayılmış bu zәrb aləti tәbil kimi içәridәn yonulmuş müxtәlif ölçülü iki tirdәn ibarәtdir. Bu alәt iki çubuqla onun yuxarı hissәsinә vurulan zәrbәlәrlə sәslәndirilir. Palıd ağacından hazırlanmış bu zәrb alәtindә sәsin yüksәkliyi tirlәrin hәcmi vә yuxarı qatların enindәn dә asılı olur. Laqquti quruluşuna görә qәdim musiqi alәtinә daxildir. Bәzi mәişət mahnılarının indi dә yalnız zәrb alәtlәrinin müşayiәti ilә ifa edilmәsi, tәbil, dәf, laqquti kimi alәtlәrin hәmin zonada zәrb alәtlәrinin qәdim tarixә malik olmasını göstәrmәklә yanaşı, onların qarşılıqlı әlaqәsini dә izlәmәyә imkan verir».

Görünür, A.A.Bakıxanovun bir şeirində deyilən «boş laqqırtı nәyә lazım, xoş gәlsә dә hәr avaz...» misrası təsadüfən yaranmayıb.

 

«Laqqırtı» sözünün mənşəyini başqa bir çalğı alәti – laxqutu ilə də əlaqələndirənlər var. Laxqutu taxta zәrb alәtidir, içәrisindә xüsusi oyuqlar (bunlara rezonans oyuqları da deyilir) açılmış iki düzbucaqlı taxtadan ibarətdir. Onların xarici görünüşü sadәdir. Bu taxtaları nazik çubuqlarla döyәclәdikdә kifayәt qәdәr güclü sәslәr alınır.