Atalar sözləri

Moltanı dili

Qәliz, anlaşılmaz, aydın olmayan dilə, nitqə və çıxışa istehzalı münasibəti bildirən ifadə


Bu ifadə Multan şәhәri vә onun әhalisi ilә әlaqәdar meydana çıxmışdır. Multan Hindistanın Pәncab әyalәtindә, Hind çayı vadisindә yerləşәn qәdim şәhәrdir. Mühüm ticarәt mәrkәzi olaraq xüsusilә orta әsrlәrdə çox məşhur bir yer sayılırdı. Bu şәhərin tacirlәri bir çox ölkәlәrә sәfәr edirdilәr ki, bunların Azərbaycana (xüsusilә də Bakıya) gәlәn qismi yerlilәr tәrәfindәn multani (moltanı) adlandırılırdı. Müsəlman olmayan multanilәrin adı bəzi anlaşılmaz davranışlarına görə mәnfi çalarla ümumilәşib xoşagəlməyən bir mәna kәsb etmişdi.

 

Bakıda, İçәrişәhәrdә Qız qalası yaxınlığında multanilәrә mәxsus xüsusi bir karvansara olmuşdur. Tәdqiqatçıların göstәrdiklərinә görә, bu karvansaranı XIV әsrdә yerli әhali tikmişdir. «Moltanı» sözü klassik vә müasir әdәbi-bәdii dilimizdә çoxişlәnәn sözlәrdәndir. «İşin xatiri üçün moltanıya dayı deyәrlәr» misalı dilimizdә atalar sözü kimi işlәdilir.

 

Moltanılar ticarətdə sərt idilər. Malın qiymətində heç vaxt aşağı düşməzdilər. Malı barter edəndə isə, öz malını yüksək qiymət edər, əvəzində aldığı malı ucuz hesablayırdılar. Buna görə, yerli camaat onları qansız, insafsız bilirdi, inanırdılar ki, moltanılar cəhənnəm odunda yanacaqlar.

 

 

Bəzən təqdir kimi işlənir, məsələn: “işin xatirinə hərdən gərək moltanıya dayı deyəsən”. Yəni, işin yaxşı getməsi üçün hərdən buna layiq olmayan adama da güzəşt etmək, məcburən hörmət göstərmək lazım gəlir.