Yumor

FƏRZƏLİ BƏY

Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib deyir:
– Molla, mən özümə bir möhür qayırtdırmaq istəyirəm. Mənim üçün iki misradan ibarət elə bir şeir yaz ki, orada mənim həm adım olsun, həm şan-şərəfimdən olsun, həm də nişanələrimdən biri olsun.
Yazdıracağam möhürün üstünə.
Molla baxıb görür ki, bu adamın gözləri göydür, saqqalı sarıdır, adı da ki, Fərzəli bəydir. Bir az fikirləşib yazır:
Gözü göy, saqqalı sarı, özü səy,
Eşşəyin dal ayağı Fərzəli bəy.