Atalar sözləri

Qaratikan kolu

İstəklilərin qovuşmasına mane olan, mehriban olanları ayıran, mərdimazarlıq edən adamlara münasibətdə işlədilən ifadə


İfadә «Әsli vә Kәrәm» dastanından qaynaqlanaraq yayılmışdır. Mәşhur dastanda sevgililәr qovuşa bilmir və zifaf gecəsində tilsimli paltardan qopan qığılcımlardan alışıb-yanırlar. Onların küllәrini bir qәbirdә dәfn edirlәr. Həyatda sevgililәrin bir-birinә qovuşmasına mane olan Qara Keşişi dә qəbiristanlığın bir küncündә basdırırlar. Kәrәmlә Әslinin qәbri üstündә iki qızılgül bitir, pardaqlanır. Keşişin qәbrindәn bir qaratikan kolu bitib qol-qanad atır, bir qanadı Kәrәmlә Әslinin qәbrindә bitәn güllәrin arasına girir. Gündüzlәr bu qara tikanı qırsalar da, gecәlәr yenidәn cücәrir. Danışıq dilində bir xeyir işə mane olanların qara tikan adlandırılması məhz bu dastanla bağlıdır.