Təbiət

Niyə bir çox çiçəyin parlaq rəngi olur?

Bitkilərin rəng və qoxusu həşəratları cəlb etmək üçündür. Həşəratlar çiçəyin tacına oturur, erkəkciyə toxunurlar və tozcuqlar onların bədəninə, qanadlarına və ayaqlarına yapışır. Sonra həşəratlar uçub başqa çiçəyin üzərinə qonaraq tozcuğu aparıb dişiciyin üzərinə salır və mayalanma gedir.


Çiçəklərin əsas tozlandırıcısı arılardır. Arılar çiçəkdən şirə çəkir, sonra isə onlardan bal hazırlayırlar. Onlar çiçəkdən çiçəyə qonaraq bütün günü işləyirlər, ona görə də hətta bir arı çoxlu çiçəkləri tozlandıra bilər. Bundan başqa, arıların toz asanlıqla yapışan tüklü qarınları və ayaqları var.