Təbiət

Bitkilər səhrada yaşaya bilərmi?

Heyvanlar kimi, bitkilərin də həyatda qalması üçün su lazımdır. Səhrada su çox azdır, bəzi yerlərdə isə il ərzində tamamilə yağış olmur. Su olmayan yerdə heç bir bitki yaşaya bilməz.


Bəzi səhra rayonlarında su var, ancaq çox azdır və yerin dərin qatlarında yerləşir, buna görə də orada məskunlaşmış bitkilərdə az suya qane olmaq xüsusiyyəti yaranıb. 


Bəzi səhra bitkilərinin su əldə etməsi üçün uzun kökləri vardır; bəziləri qısa yağışlar zamanı suyu ehtiyat olaraq öz orqanizmlərində saxlaya bilir, bəziləri yağış zamanı yarpaqlayır, sonra isə yığılmış suyun buxarlanmaması üçün yarpaqlarını tökür.