Bu maraqlıdır!

Bitkilər dənizdə yaşaya bilərmi?

Dəniz və okeanlar bir çox canlıların məskunlaşdığı yerdir. Əsasən, orada heyvanlar yaşayır. Bitkilərin əksəriyyəti duzlu dəniz suyunda yaşaya bilmir, bu onların yaşaması üçün uyğun deyil. Dənizdə yaşamaq qabiliyyəti olan azsaylı bitkilər yosunlar adlanır. Çox vaxt suyun üzərində üzən və ya dağlarla sahilə atılmış yosunlara rast gəlinir. Planktonlardan ibarət çox kiçik yosunlar da var. Bəzi bitki növləri dəniz sahilində yaşamağa uyğunlaşıb. Bu, öz kökləri ilə qumlu sahilə bərkimiş müxtəlif kol və ot növləridir.