Təbiət

Hündür dağlarda bitkilər varmı?

Dağlarda, xüsusilə 3000 metrdən hündür yerlərdə, səhralarda olduğu kimi, həyat şəraiti çox sərtdir. Nə qədər hündürdürsə, o qədər hava soyuqdur, külək daha güclü və rütubət daha azdır. Daha hündür yerlərdə havada oksigen seyrəkdir, torpaq isə az məhsuldardır.

 

Alp, And və ya Himalay kimi ən uca dağların zirvələri il ərzində qar və buzlarla örtülüdür və orada bitki tamamilə yoxdur. Buzlaq zonası qurtaran yerdə üzərində mamır və şibyələr bitir. Dəniz səviyyəsindən 300 metrə qədər olan hissədə bitkilər daha müxtəlifdir. İqlim və torpağın tərkibi hündürlükdən asılı olaraq çox dəyişdiyinə görə müxtəlif hündürlüklərdə bitki növləri də müxtəlifdir. Alp, And və Himalay kimi hündür dağların zirvələri il ərzində qar, buzla örtülüdür və tamamilə bitki yoxdur. Buzlaq zonasının qurtardığı yerdə üzərində ancaq mamır və şibyələr bitən qayalıqlar başlayır. Ancaq dəniz səviyyəsindən 3000 metrdən aşağı səviyyədə bitki örtüyü daha müxtəlifdir.

 

Dağlarda hündürlükdən asılı olaraq iqlim və torpaq qatı dəyişdiyinə görə müxtəlif səviyyələrdə fərqli bitki növləri bitir.