Xəbərlər

“Doğma diyar Azərbaycan” uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularını, həmçinin vətənpərvərlik və vətən sevgisi hisslərinin formalaşmasına xidmət edən, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil edilən “Doğma diyar Azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.

 

AZƏRTAC xəbər verir ki, birinci turdan keçmiş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzində açılacaq sərgidə nümayiş ediləcək.

 

Qeyd edək ki, seçim 3 yaş kateqoriyası üzrə (11 yaşa qədər, 11-16 və 16-21 yaş arası) aparılıb və hər yaş kateqoriyasına aid rəssamların əsərlərindən ibarət sərgi təşkil ediləcək.

 

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

 

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.