Afişa

Kamera və Orqan Musiqisi zalı dekabr repertuarını açıqlayıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı dekabr ayı üçün tədbirlər planını açıqlayıb.

 

AZƏRTAC tədbirlər planının siyahısını təqdim edir:

 

3 dekabr – “Ötən illərin xatirəsi” adlı Abonement №2 konserti. (Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu)

 

10 dekabr - “Klassik musiqidə rəqs janrı” adlı Abonement №2 konserti. (Azərbaycan Dövlət Fortepiano Triosu)

 

17 dekabr – Xarici bəstəkarların əsərlərindən ibarət Abonement №2 konserti. (Azərbaycan Dövlət Simli Kvarteti)

 

24 dekabr - Abonement №2 konserti. (“Cadenza” orkestri)

 

24 dekabr - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti.

 

26 dekabr - Xalq artisti Fidan Hacıyevanın şagirdlərinin konserti.