Xəbərlər

Kəlağayı ustaları sabah Bakıya toplaşacaq

Dekabrın 3-də Bakıda “Kəlağayı festivalı” təşkil olunacaq. Nigar Rəfibəyli 12/14 ünvanında keçiriləcək festival Azərbaycan Sənətkarları Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

 

Bu barədə AZƏRTAC-a festivalın təşkilatçısı Ella Bağırova məlumat verib.

 

Festival çərçivəsində Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgi açılacaq.

 

Həmçinin böyüklər və uşaqlar üçün “Dulusçuluq”, “Ebru” (su üzərində rəsm), “İpək üzərində naxış basma” və “Florarium”ə həsr edilmiş ustad dərsləri keçiriləcək.

 

Festivala ölkəmizin fərqli guşələrindən 200-dək sənətkar qatılacaq. Onlar burada əl işlərini sərgiləyəcəklər.

 

İki gün davam edəcək festivala hər kəsin qatılmaq imkanı var.