Təbiət

Tropik meşələrin ən aşağı qatında nələr var?

Tropik meşələrin torpaq qatı ən müxtəlif canlı orqanizmlər, həm bitkilər, həm də heyvanlar üçün yaşayış yeridir. Tökülmüş torpaqlar və bitkilərin ölmüş hissələri çürüyərək torpağı münbitləşdirir və başqa bitkilərə qida olur.

 

Torpaqda tökülmüş yarpaqlar və çürümüş ağaclarla qidalanan milyonlarla həşərat və bakteriyalar var. Öz növbəsində həşəratlar bir çox quşlar və heyvanlar üçün qida mənbəyidir, ona görə də onların çoxu yer səthində dolanır. Buna görə tropik meşələrin yer səthində həyat həmişə qaynayır.