Atalar sözləri

Barmaq basmaq

Hər hansı bir sənədi imzalamaq, qol çəkmək, nəyəsə razılıq vermək


İfadə vaxtilə sənədə imza atmaq əvəzinə baş barmağı mürəkkəbə batırıb kağıza basmaq ənənəsi ilə bağlı meydana çıxmışdır. Hələ qədim zamanlardan bəri deyilirdi ki, insanın barmaqları və ovuclarındakı xətlərin quruluşu fərdidir və bütün ömürboyu həmin quruluş dəyişmir. Ona görə də insanın kağız üzərində olan əl izi onun identifikatoru – yalnız həmin insana xas olması kimi çıxış edə bilər.

 

İnsanların imzası da olduqca fərdi və təkrarsızdır, yəni iki insan eyni imzaya sahib ola bilməz. İnsanın imzasını da onun əl izi kimi saxtalaşdırmaq mümkün deyil. Buna görə də keçmişdə savadsız adamlar imza əvəzinə sənəd üzərində barmaq izini qoyurdular və buna «barmaq basmaq» deyilirdi. İfadə uzun müddət öz ilkin mənasında işlədildiyinə görə hətta savadlı adamlar da imza atanda «o, barmaq basıb» deyirdilər.