Xəbərlər

“Məktəbdə...” növbəti görüş

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 7-də Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı olacaq.

 

Görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin, müəllimlərin rolu, mütaliə vərdişləri, mənəvi keyfiyyətlərin insan taleyindəki yeri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.