Bu maraqlıdır!

Bitki yağlarını nədən hazırlayırlar?

Bitki yağlarını müxtəlif bitkilərdən hazırlamaq olar, ancaq yemək hazırlamaq üçün uyğun gələn ən yaxşı yağı zeytun ağacının meyvələrindən və günəbaxan toxumlarından əldə edirlər.


Zeytun ağacı Avropanın cənubunda, Aralıq dənizinin sahillərində bitir. Onun meyvələri zeytun adlanır, dörddə bir hissəsindən artıq hisssi yağdan ibarətdir.


Zeytun yağının xoş ətri var və adətən, o çox yüksək keyfiyyətli olur. Bundan başqa, sağlamlıq üçün çox xeyirlidir, onun tərkibində ürək-damar xəstəliklərinin qarşısını alan maddələr, həmçinin dəri üçün xeyirli olan E vitamin var.