Xəbərlər

Bakı məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb

Bakı, 5 fevral, AZƏRTAC 


Bakıdakı 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında karate idman növü üzrə keçirilən 45-ci qitə çempionatında birinci yeri tutub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxt məktəblisi 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalla təltif olunub.


Qeyd edək ki, T.Yaqubov 2017-ci ildə karate idman növü üzrə Azərbaycan çempionu olub.