Təbiət

Tropik meşələrdə hansı meyvələr bitir?

Ən çox ekzotik meyvələr Cənubi Amerikada bitir. Onlardan ən çox tanınmışı papaya və ananasdır.


Papayyanı həm də yemiş ağacı adlandırırlar, onun meyvələri çox dadlıdır və çəkisi 9 kq-a qədər olur. Bundan başqa, papayyanın gövdəsindən tərkibində papain adlı qiymətli maddə olan şirə əldə edirlər.

 

Ananasın vətəni Braziliyadır, oradan o, bütün dünyaya yayılıb və indi iqlimi lazımi qədər isti və rütubətli olan bir çox ölkələrdə onu yetişdirirlər.


Hindistan da özünün meyvələri ilə məşhurdur, onlardan ən tanınmışı isə manqodur. Manqonun meyvəsi çox şirin və xoşdur, ancaq onu çox saxlamaq olmur.