Bu maraqlıdır!

Biz bitkiləri necə qoruya bilərik?

Bitkilər planetimizin ağciyəridir, oksigen mənbəyidir. Onlarsız Yer kürəsində həyat mümkün olmazdı. Ancaq insanlar tez-tez bitkilərə zərər verir.


Oduncaqdan kağız hazırlanması üçün meşələr doğranılır. Sənaye müəssisələri torpağı, suyu və havanı zəhərli tullantılarla çirkləndirərək ətraf mühiti bitkilərin yaşaması üçün yararsız hala salırlar. Bunun nəticəsində son illərdə Yer kürəsində bir çox bitki növlərinin kökü tamamilə kəsilib.


Alimlərin verdikləri proqnozlara görə isə yaxın vaxtlarda daha çox bitkinin kökü kəsiləcək. Bitkilərlə yanaşı, bir çox canlı növləri-kəsilmiş meşələrin sakinləri yoxa çıxır, havaya oksigen daha az verilir və son nəticədə insan
özü-özünə zərər verir. Ona görə də hərbi kəs imkan daxilində çalışmalıdır ki, bitkiləri qorusun.


Kəsilmiş ağacların yerinə həmişə yenilərini əkmək lazımdır ki, meşələr yox olmasın. Meşədə olarkən oranı zibilləmək, ağac və başqa bitkiləri korlamaq olmaz, həmçinin alovla ehtiyatlı davranmaq lazımdır ki, yanğın olmasın.